...

Baydenlə Trampın ilk debatı keçirilib

Dünya xəbərləri Materials 28 İyun 2024 09:15 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-də prezident seçkilərindən əvvəl hazırki Prezident Co Bayden və digər namizəd Donald Tramp arasında ilk teledebat baş tutub.

Trend xəbər verir ki, CNN kanalının Atlanta şəhərindəki binasında keçirilən debat 2 reklam fasiləsi ilə birlikdə 90 dəqiqə çəkib.

Debatın moderatorları Ceyk Tapper və Dana Baş olub. Teledebat əvvəlcə ABŞ iqtisadiyyatının indiki vəziyyəti mövzusunda başlayıb. Tramp və Bayden inflyasiya, iş yerləri və vergi siyasəti ilə bağlı danışıblar. Ağ Ev rəhbəri prezidentliyi dövründə iqtisadi uğur hesab etdiyi addımları sadalayıb, Tramp isə ölkədəki inflyasiyanın pisləşən vəziyyəti barədə fikirlərini bölüşüb. Tərəflər miqrasiya və digər daxili sosial məsələlər barədə də fikir səsləndiriblər.

Xarici siyasət mövzusunda Ukraynadakı vəziyyət müzakirə edilib. Tramp Ukraynadakı müharibəyə görə Baydeni təqsirkar hesab edib. Qəzzadakı vəziyyətlə bağlı çıxışlar zamanı Bayden israilli və fələstinli girovların mübadiləsi və atəşkəslə bağlı planın müzakirə olunduğunu vurğulayıb.

Co Baydenin çıxışı ilə başlayan debat Donald Trampın son sözü ilə yekunlaşıb.

ABŞ-nin keçmiş prezidentləri Con Kennedi və Riçard Niksonun debatından bu yana ilk dəfə müzakirə tamaşaçısız təşkil olunub.

Debat tərəflərinə yanlarında yalnız su, qələm və boş bloknot saxlamağa icazə verilib. Bir-birinə mane olmamaları üçün tərəflərdən biri çıxış edərkən digərinin mikrofonu bağlı olub.

Növbəti debat sentyabrın 10-da ABC kanalında təşkil olunacaq.

Xəbər lenti

Xəbər lenti