...

Bu ölkədə 3 min kilometr mənzilə malik raketlər hazırlanacaq

Dünya xəbərləri Materials 26 İyul 2024 13:54 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Britaniyada 3,2 min kilometrədək mənzilə malik raketlərin hazırlanması imkanlarının müzakirəsinə başlanılıb.

Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, London bu layihəni Berlinlə birgə həyata keçirməyə hazırlaşır. Böyük Britaniyanın müdafiə naziri Con Hili iyulun 24-də Almaniyaya səfəri zamanı həmkarı Boris Pistorius ilə Rusiyanın nüvə potensialını məhv etmək üçün uzaqmənzilli raketlərin hazırlanmasını müzakirə edib.

Eyni zamanda, Con Hili və Boris Pistorius London və Berlin arasında hərbi əməkdaşlığa dair bəyannamə imzalayıblar. Həmin sənəd tərəflərin silah və sursatların hazırlanması, istehsalı və tədarükü sahəsində əməkdaşlığını gücləndirmək niyyəti daşıyır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti