Bakı. Trend:
İtaliyanın Toskana və Florensiya bölgələrində rusiyalı sahibkarın ümumilikdə 41 milyon avro dəyərində aktivləri müsadirə edilib.
Trend bu barədə xarici KİV-lərə istinadən xəbər verir.
Məlumata görə, adı açıqlanmayan sahibkarın Toskana və Florensiyada dəbdəbəli villalar, daşınmaz əmlaka sərmayə qoyduğu bildirilir.
Rəsmi Kiyevin tələbi ilə İtaliya maliyyə polisi Florensiya Prokurorluğunun qərarı əsasında rusiyalı sahibkarın ümumilikdə 41 milyon avro dəyərində aktivlərini müsadirə edib. Onun mülkləri arasında “Torre del Gallo” adlı qala da var.