Bakı. Trend:
Paris Olimpiadasında iştirak edən qırxdan çox idmançı COVİD-19-a yoluxub.
Trend-in məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının epidemiyalar üzrə məsul nümayəndəsi Mariya van Kerxove bildirib.
“Burada təəccüblü hal yoxdur, virus bir çox ölkədə sürətlə yayılır. Son aylarda bir çox ölkədə koronavirus yoluxmalar sıçrayışla artır. O cümlədən də Olimpiya oyunlarında” – deyə Kerxove bildirib.