...

Sudanda vəba səbəbindən 300-dən çox ölüm halı qeydə alınıb - ÜST

Dünya xəbərləri Materials 16 Avqust 2024 22:46 (UTC +04:00)

Bakı. Trend:

Sudanda baş vermiş vətəndaş müharibəsinin səbəb olduğu humanitar böhran vəba infeksiyasının yayılmasına səbəb olub.

Trend-in məlumatına görə, bu barədə "Reuters" agentliyi xəbər verib.

Məlumata əsasən, xəstəlik 300-dən çox insanın həlak olmasına səbəb olub.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmi nümayəndəsi Marqaret Harris mətbuat konfransında bildirib ki, vəbaya 11327 yoluxma halı qeydə alınıb, onlardan 316-sı ölümlə nəticələnib. O qeyd edib ki, ölkədə, həmçinin denge qızdırması və meningitə yoluxma hallarının sayı artır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti