Bakı. Trend:
Volos şəhəri yaxınlığında naməlum səbəblərdən balıqların kütləvi ölümü baş verib, xüsusi qruplar artıq ölü balıqların 100 tona yaxınını məhv etmək üçün toplayıb.
Trend-in TASS-a istinadən verdiyi məlumata görə, Maqnisiya vilayəti və Sporad adaları qubernatorunun müavini Anna-Mariya Papadimitriu telekanala deyib ki, "Artıq 100 tona yaxın ölü balıq yığılıb və onlar müəssisədə yandırılacaq." Ekoloji problemin öhdəsindən gəlmək üçün səlahiyyətlilər Volos çimərliyini ölü balıqlardan qorumaq üçün dənizə xüsusi tor da çəkdilər.
Mütəxəssislərin fikrincə, söhbət süni Karli gölünün ərazisindən Paqasitikos körfəzinə gətirilən milyonlarla ölü balıqdan gedir, onların ölüm səbəbi hələ dəqiq bilinmir. Ehtimal olunur ki, şirin su balıqları dəniz suyuna düşərək ölüb. Ölü balıqlara görə su qırmızıya çevrildi.
Volos şəhərinin meri Axilleas Beos bildirib ki, qoxunun balığın ölümünə görə dözülməz hala gəlib. O, çürüyən balıqların ərazidə yaşayan digər balıq növləri üçün ekoloji təhlükə yarada biləcəyini vurğulayıb.
Volos prokurorluğu hadisə ilə bağlı ilkin araşdırmalara başlayıb.