...

Qazaxıstan Serbiyaya “Orta dəhliz”in imkanlarını nəzərdən keçirməyi təklif edib

Dünya xəbərləri Materials 6 Sentyabr 2024 10:50 (UTC +04:00)
Qazaxıstan Serbiyaya “Orta dəhliz”in imkanlarını nəzərdən keçirməyi təklif edib
Ramazan Abdullayev
Ramazan Abdullayev
Bütün xəbərlər

Bakı. Trend:

Qazaxıstan Serbiyaya Trans-Xəzər beynəlxalq nəqliyyat dəhlizinin (TMTM və ya Orta dəhliz) imkanlarını nəzərdən keçirməyi təklif edib.

Trend hökumətə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Baş nazirinin müavini Serik Jumangarin deyib.

"Biz Qazaxıstan və Çindən Serbiyaya və daha sonra Avropa ölkələrinə yük daşımaları üçün tranzitin inkişaf etdirilməsində maraqlıyıq. Bu məqsədlər üçün Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutunun imkanlarını nəzərdən keçirməyi təklif edirik", - o deyib.

Baş nazirin müavini bildirib ki, Qazaxıstan ilə Serbiya arasında mövcud hüquqi baza həftədə 14 sərnişin reysi həyata keçirməyə imkan verir.

"Qazaxıstanın hava limanlarında "açıq səma" rejimi tətbiq olunur. Birbaşa reyslərin açılması Serbiyanı Avropanın nəqliyyat mərkəzi halına gətirə bilər", - o əlavə edib.

Qeyd edək ki, "Orta dəhliz" Çin və Avropa İttifaqı ölkələrinin Mərkəzi Asiya, Qafqaz, Türkiyə və Şərqi Avropa ölkələri vasitəsilə konteyner dəmiryolu yük daşımaları şəbəkələrini birləşdirir.

Çoxşaxəli multimodal nəqliyyat infrastrukturu Xəzər və Qara dənizlərdəki feribot terminallarını Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyə, Ukrayna və Polşanın dəmir yolu sistemləri ilə əlaqələndirir.

"Orta dəhliz" Çindən Türkiyəyə, eləcə də, Avropa ölkələrinə və əks istiqamətdə yük axınının artmasına kömək edir.

Bu dəhlizlə işləyən marşrut qatarı Çindən Avropaya yük daşınmalarını orta hesabla 20-25 günə həyata keçirir və bu, nəqliyyat dəhlizinin əsas üstünlüklərindən biridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti