...

Stokholm hava limanının fəaliyyəti dronlar səbəbindən dayandırılıb

Dünya xəbərləri Materials 9 Sentyabr 2024 22:58 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Sentyabrın 9-da axşam saatlarında “Stokholm Arlanda” Beynəlxalq Hava Limanı fəaliyyətini 2 saatdan çox müddətə dayandırıb.

Trend-in məlumatına görə, buna səbəb idarəetmə qülləsindən görünən müxtəlif ölçülü dörd pilotsuz uçuş aparatı olub.

Polis mümkün təxribat cəhdini araşdırır. “Biz vəziyyəti araşdırırıq və məlumat toplamağa davam edirik. Hazırda heç kim saxlanılmayıb. Bunun qəsdən törədildiyindən şübhələnirik”, - deyə Stokholm polisi bildirib.

Oxşar hadisə ötən gün Uppsalada mühafizə olunan obyektlərin yaxınlığında da qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti