...

Santa Maria Kilsəsinə edilən terrorun təşkilatçısı yaxalanıb

Dünya xəbərləri Materials 14 Sentyabr 2024 13:29 (UTC +04:00)
Ramazan Abdullayev
Ramazan Abdullayev
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvarın 28-də Türkiyədə Santa Maria İtalyan Kilsəsində törədilən terror aktının təşkilatçılarından biri ələ keçirilib.

Trend xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Bildirilib ki, Milli Kəşfiyyat İdarəsinin (MİT) keçirdiyi əməliyyat nəticəsində sözügedən hücumu planlaşdıran və silah təminatını həyata keçirən Viskan Soltamatiov saxlanılıb.

Xatırladaq ki, sözügedən silahlı hücum nəticəsində bir nəfər həyatını itirmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti