Bakı. Trend:
İran prezidenti Məsud Pezeşkian əxlaq polisinin qadınlarla sərt davranmaması məsələsi ilə məşğul olacaq.
Trend-in məlumatına görə, bunu İran prezidentinin özü keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, İranda əxlaq polisinin qadınlarla normadankənar davranışının davam etdirilməməsi istənilmişdi.
Qeyd edək ki, mətbuat konfransında qadın jurnalist İran prezidentinə əxlaq polisinin davranışı ilə əlaqədar gileylənib.
Əlavə edək ki, 16 sentyabr 2022-ci ildə Tehranda 22 yaşlı Məhsa Əmininin Tehranın əxlaq polisi əməkdaşları tərəfindən öldürülməsinə etiraz olaraq bir neçə gün sonra İranın bir neçə şəhərində aksiyalar başlayıb.
M.Əmini şəriət normalarına riayət olunmasına nəzarət edən əxlaq polisinin xüsusi dəstəsi tərəfindən saxlanılıb. Gənc qız İran qanunlarına əsasən hicaba düzgün riayət etməməkdə ittiham olunub.