Bakı. Trend:
"Hizbullah" döyüşçüləri Əl-Mərc sərhəd bölgəsində İsrailin mexanikləşdirilmiş patruluna hücum edib, nəticədə "Merkava" tankı vurulub.
Trend-in məlumatına görə, bu barədə hərəkatın "Telegram" kanalında yayılan açıqlamasında bildirilib.
"Əməliyyat zamanı döyüşçülərimiz "Merkava" tankını tank əleyhinə idarə olunan raketlə vurub. Zirehli maşına birbaşa zərbə qeydə alınıb, ekipaj üzvləri arasında ölən və yaralananlar var", - deyə qeyd olunub.
“Al Mayadeen” telekanalından bildirilib ki, vurulan tank alovlanıb, nəticədə iki hərbi qulluqçu həlak olub, bir nəfər isə yaralanıb.