Bakı. Trend:
İsrailin Livanın cənubuna endirdiyi zərbələr zamanı "Hizbullah" raket qüvvələrinin komandanı İbrahim Məhəmməd Qubeisi öldürülüb.
Trend xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.
“2024-cü il sentyabrın 24-də İsrail Hərbi Hava Qüvvələri İsrail ordusunun dəqiq kəşfiyyat məlumatlarının rəhbərliyi altında Beyrutun Dahiya rayonuna zərbələr endirib və “Hizbullah” terror təşkilatının raket qüvvələrinin başçısı İbrahim Məhəmməd Qubeisi öldürülüb”, - məlumatda deyilir.
Qubeisi Hizbullahın raket qüvvələrinin digər komandirləri ilə birlikdə öldürülüb. Livan qrupu onların ölümünü təsdiqləyib.
Qubeisi 1980-ci illərdə "Hizbullah"a qoşulub. Xidməti zamanı o, qrupun Livanın cənubundakı əməliyyat bölməsinin baş zabiti vəzifəsində çalışıb və həmçinin "Hizbullah"ın Cənub Cəbhəsindəki "Bədr" bölməsinə komandanlıq edib.
