...

İranda terror aktı baş verib, bir neçə vəzifəli şəxs həlak olub

Dünya xəbərləri Materials 1 Oktyabr 2024 12:25 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətinin Bent şəhərində terror aktı baş verib.

Trend-in məlumatına görə, bu barədə İranın Sistan və Bəluçestan vilayətinin Nikşəhr rayonunun qubernatoru Mocib Həsəni yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, hadisə şəhərdəki orta məktəblərdən birində keçirilən tədbirdən sonra baş verib. Terror aktı nəticəsində 4 nəfər, o cümlədən İslam İnqilabı Keşikçilər Korpusunun Nikşəhr komandanı və şəhər şurasının sədri ölüb.

Həsəni terror aktı nəticəsində 2 nəfərin yaralandığını və yaralılardan birinin vəziyyətinin ağır olduğunu qeyd edib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti