...

Floridada qasırğa ilə əlaqədar 5,5 milyon insana təxliyə çağırışı edilib

Dünya xəbərləri Materials 9 Oktyabr 2024 07:38 (UTC +04:00)

Bakı. Trend:

ABŞ-nin Florida hakimiyyəti 5,5 milyondan çox ştat sakininə Milton qasırğası yaxınlaşdıqca evlərini tərk etməyi və təxliyə etməyi tövsiyə edib.

Trend-in məlumatına görə, bu barədə "The New York Times" qəzeti xəbər verib.

Qeyd edilib ki, bu, ştat tarixində ən böyük təxliyə əməliyyatlarından biri olub. Hətta keçmişdə qasırğalara görə evlərini tərk etməməyi seçən Florida sakinlərinin bəziləri bu tövsiyəyə qulaq asıb getməyə qərar verdilər.

Hakimiyyət orqanları vətəndaşlardan ən yaxın sığınacaqlara getməyi və əsas təxliyə yollarında tıxacların yaranmaması üçün uzaq ərazilərə getməməyi xahiş edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti