Bakı. Trend:
"Hizbullah"ın kəşfiyyat rəhbəri Vəfik Səfa İsrail Hərbi Hava Qüvvələrinin Beyruta endirdiyi bombardmandan sağ çıxıb.
Trend-in verdiyi məlumata görə, bu barədə "Al Mayadeen" telekanalı hərəkatdakı mənbəyə istinadən xəbər yayıb.
Mənbənin məlumatına görə, Vəfik Səfaya qarşı sui-qəsd cəhdi uğursuz olub və o, hadisə yerindən qaça bilib.
Qeyd edək ki, Livanın Səhiyyə Nazirliyi İsrailin Beyrutun mərkəzindəki iki binaya endirdiyi zərbələr nəticəsində 22 nəfərin həlak olduğunu, 117 nəfərin isə yaralandığını açıqlayıb.