Bakı. Trend:
KXDR-ə qarşı hücum olarsa, Rusiya Şimali Koreyaya hərbi yardım göstərəcək.
Trend rus KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası xarici işlər nazirinin müavini Andrey Rudenko məlumat yayıb.
Diplomat qeyd edib ki, bu, Koreya Xalq Demokratik Respublikası ilə hərtərəfli strateji tərəfdaşlıq haqqında sazişin dördüncü maddəsində nəzərdə tutulub.
Qeyd edək ki, bu gün Cənubi Koreya ordusu Şimali Koreyaya atəş açıb. Buna səbəb KXDR-nin Cənubla Şimalı birləşdirən yolların dağıdılması olub.