...

BRİCS ölkələrində "ağıllı" gömrüklər üzrə qlobal əməkdaşlıq üçün onlayn platforma yaradılacaq - Si Cinpin

Dünya xəbərləri Materials 24 Oktyabr 2024 12:32 (UTC +04:00)
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Kazan. Trend:

BRİCS ölkələrində "ağıllı" gömrüklər üzrə qlobal əməkdaşlıq üçün onlayn platforma yaradılacaq.

Trend xəbər verir ki, bunu Çin Xalq Respublikasının sədri Si Cinpin Kazanda keçirilən XVI BRİKS sammitinin "BRİCS+" formatında birinci plenar iclasında çıxışı zamanı deyib.

"Biz "ağıllı" gömrüklər üzrə qlobal əməkdaşlıq üçün onlayn platforma və BRİKS ölkələrinin gömrükləri üçün nümayiş mərkəzi yaradacağıq", - deyə o bildirib.

Onun sözlərinə görə, BRİKS-in qlobal inkişaf təşəbbüsünün başlanmasından keçən üç il ərzində 1100-dən çox layihənin həyata keçirilməsi üçün inkişaf fondları qismində artıq təxminən 20 milyard dollar ayrılıb.

"Qlobal Cənub inkişaf üçün yaranıb və inkişaf etdikcə güclənir. Biz qlobal inkişaf üçün qüvvə kimi çıxış etməli, qlobal iqtisadi idarəetmə sistemində islahatların aparılmasında fəal iştirak etməli və aparıcı rol oynamalı, inkişaf məsələsinin beynəlxalq ticarət və iqtisadi gündəliyin mərkəzinə yerləşdirilməsinə kömək etməliyik", - deyə S.Cinpin əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti