Bakı. Trend:
İsrail hesab edir ki, İsrailin hücumundan sonra İrana raket imkanlarını bərpa etmək üçün bir il vaxt lazım olacaq.
Trend xəbər verir ki, bu barədə Əmirliyin Sky News Arabia telekanalı məlumat yayıb.
Kanalın həmsöhbətlərinin sözlərinə görə, zərbənin əsas hədəfləri ballistik raketlər üçün bərk yanacaq istehsalını təmin edən İran hərbi obyektləri olub.
İsrail nümayəndələrinin Sky News Arabia-ya istinadən verdiyi məlumata görə, hücum İranın raket sənayesinə ciddi ziyan vurub.