...

Türkiyə ordusu Suriyanın şimalında 15 PKK/YPG terrorçusunu zərərsizləşdirib

Dünya xəbərləri Materials 27 Oktyabr 2024 12:57 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında 15 YPG terrorçusunu (PKK-nın Suriya qanadı) zərərsizləşdirib.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi xəbər verib.

Məlumata əsasən, terrorçular “Fərat Qalxanı”, “Sülh mənbəyi” əməliyyatları zonasında, eləcə də Münbiç bölgəsində zərərsizləşdirilib.

Nazirlik Suriyanın şimalında terrorçulara qarşı mübarizədə qəti qərarlı olduqlarını vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti