Bakı. Trend:
Pakistanın cənub-qərbində baş verən partlayış nəticəsində 5 məktəbli olmaqla azı 7 nəfər həlak olub, 23 nəfər isə yaralanıb.
Trend bu barədə "Reuters"ə istinadən xəbər verir.
"Partlayış Mastunq şəhərində qızlar məktəbinin yanında park edilmiş motosikletə bərkidilmiş əldəqayırma qurğudan baş verib. Məqsəd peyvənd komandasını götürməyə gedən polis maşını idi ", - məlumatda qeyd edilib.
Bildirilib ki, ölənlər arasında 1 polis zabiti də olub, 23 nəfər, o cümlədən digər insanlar və polis əməkdaşları yaralanıb.
Qeyd edilib ki, partlayışa görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib.