Bakı. Trend:
Etiraz əvvəldən zorakılıq xarakteri aldığı üçün polis bu gün axşam saartlarında aqressiv nümayişçi qruplarına qarşı mütənasib güc tətbiq etmək məcburiyyətində qalıb.
Trend-in məlumatına görə, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin Patrul Polisi Departamentinin direktoru Vaja Siradze deyib.
"Etirazçılar pirotexniki vasitələri, əşyalar atmağa və polisi təhqir etməyə başladılar, buna görə də biz nümayişçilərə qarşı mütənasib güc tətbiq etmək məcburiyyətində qaldıq", - deyə o bildirib.
Onun sözlərinə görə, son günlərdə polis əməkdaşları aqressiv etirazçı qrupların davamlı zorakılığına məruz qalıb, bu günlərdə yüzdən çox polis əməkdaşı yaralanıb, ağır xəsarətlər alıb, bəzilərinə cərrahi müdaxilə tələb olunub.