Bakı. Trend:
ABŞ prezidenti Co Bayden yaxın saatlarda milli təhlükəsizlik komandası ilə görüşəcək.
Trend-in məlumatına görə, bu barədə Amerika KİV-ləri Ağ Evə istinadən bildirib.
ABŞ administrasiyasının məlumatına əsasən, məsləhətləşmələrdə Suriyadakı vəziyyət müzakirə olunacaq.
Bundan əvvəl Pentaqon öz qoşunlarını Suriyadan çıxarmaq niyyətində olmadığını açıqlayıb.