Bakı. Trend:
İsrail ordusu Livanın "Hizbullah" təşkilatına məxsus hədəflərə zərbələr endirib.
Trend-in məlumatına görə, bu barədə İsrail ordusunun mətbuat xidməti bildirib.
Məlumata əsasən, zərbələr “Livanda bir sıra Hizbullah terrorçularının hədəfləri”nə endirilib.
"Vurulan hədəflər arasında raket buraxılışı qurğusu, hərbi obyekt və Suriya-Livan sərhədi boyunca silah qaçaqmalçılığı üçün istifadə edilən marşrutlar var", - deyə bildirilib.
Hərbçilər qeyd ediblər ki, hücumdan əvvəl qeyd olunan obyektlərin İsrail arxasına və qoşunlarına yaratdığı təhlükə barədə İsrail və Livan arasında atəşkəs razılaşmalarının yerinə yetirilməsini izləyən müşahidəçilərə məlumat verilib, lakin bu məlumat nəzərə alınmayıb.