Bakı. Trend:
Rəsmi Moskva ilə Tehran arasında hərtərəfli strateji tərəfdaşlıq müqaviləsi 47 maddədən ibarətdir və ikitərəfli əməkdaşlığın bütün sahələrini əhatə edir.
Trend xəbər verir ki, bunu İranın Rusiyadakı səfiri Kazım Cəlali bildirib.
“Bu müqavilə preambula, 47 maddədən ibarətdir və ikitərəfli əməkdaşlığın bütün sahələrini əhatə edir”, - deyə Cəlali İran telekanalına verdiyi açıqlamada söyləyib.
Bundan əvvəl İslam Respublikasının XİN rəsmisi İsmayıl Baqai strateji tərəfdaşlıq müqaviləsinin müdafiə və təhlükəsizlik məsələlərinə də toxunacağını söyləmişdi.
Onun sözlərinə görə, son 20-30 ildə İran və Rusiya arasında əməkdaşlıq səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlib və buna görə mövcud sənədi yeniləmək zərurəti yaranıb.