...

İstanbulda saxta spirtli içkidən ölənlərin sayı 23-ə çatıb

Dünya xəbərləri Materials 16 Yanvar 2025 02:51 (UTC +04:00)

Bakı. Trend:

Türkiyənin İstanbul şəhərində son iki gündə saxta spirtli içkidən zəhərlənərək ölənlərin sayı 23 nəfərə çatıb.

Trend xəbər verir ki, bu barədə şəhər valisinin mətbuat xidməti məlumat yayıb.

"Son 48 saat ərzində saxta spirtli içkidən zəhərlənmə ilə bağlı 66 fakt qeydə alınıb. Zəhərlənənlərdən 23-ü dünyasını dəyişib", - məlumatda deyilir.

Bundan əlavə, faktla əlaqədar 6 nəfər saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti