Bakı. Trend:
Yaponiyanın qərbində yerləşən Etajima şəhəri yaxınlığındakı dağlıq ərazidə yanğın hələ də söndürülməyib.
Trend xəbər verir ki, ictimai televiziya görüntülərində geniş meşə ərazisində yanğın və tüstü sahələri müşahidə olunur. Hadisə nəticəsində ölüm hallarının olmadığı bildirilir. Yanğın sahəsinə yaxın yerləşən qocalar evinin sakinləri artıq cümə günü təxliyə edilib.
Yanğının başvermə səbəbləri ilə bağlı araşdırmalar aparılır. Əsas versiyalardan birinə görə, yanğın Yaponiya Özünümüdafiə Qüvvələrinin dinamit və digər partlayıcı maddələrdən istifadə etdiyi hərbi təlimlər zamanı başlayıb.