...

Almaniya müdafiə hazırlığını gücləndirmək üçün yeni çağırış edir

Dünya xəbərləri Materials 18 Yanvar 2025 06:54 (UTC +04:00)
Almaniya müdafiə hazırlığını gücləndirmək üçün yeni çağırış edir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniyanın Federal Kansleri Olaf Şolts Berlində İsveçin Baş naziri Ulf Kristersson ilə görüşdən sonra mətbuata açıqlamasında bildirib ki, Avropa müdafiə hazırlığını gücləndirməlidir.

Trend xəbər verir ki, bu, həmçinin hərbi təchizat istehsal gücünü artırmaq və tədarükü sadələşdirmək deməkdir.

Kansler Şolts Avropa İttifaqından olan tərəfdaşların silahlarla bağlı müqavilələrdə iştirakı üçün tender qaydalarının asanlaşdırılmasının tərəfdarı olduğunu qeyd edib. O, bunun hərbi təchizatın daha sürətli və rahat şəkildə təmin edilməsinə imkan verəcəyini vurğulayıb.

“Mən həmçinin, şirkətlərin müdafiə sistemlərinin və silahların inkişafında birgə əməkdaşlığını maneəsiz reallaşdıra bilmələrinin vacibliyinə inanır və bu məqsədlə rəqabət qaydalarının adekvat şəkildə tənzimlənməsini təklif edirəm”, - deyə Olaf Şolts bildirib.

Xəbər lenti

Xəbər lenti