...

Bitlis vilayətində 3 iranlı narkotik qaçaqçılığı şübhəsi ilə saxlanılıb

Dünya xəbərləri Materials 20 Yanvar 2025 04:53 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin Bitlis vilayətində sərnişin avtobusunda saxlanılan üç İran vətəndaşının mədə və bağırsaqlarında narkotik vasitələr daşıdığı aşkar edilib.

Trend xəbər verir ki, "Haber Global"ın məlumatına görə, şübhəlilərin daxili orqanlarından ümumilikdə 91 paketdə 1 kilo 126 qram metamfetamin çıxarılıb.

Tibbi əməliyyatların ardından hər üç şəxs həbs edilib.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti