...

İsrail 90 fələstinli məhbusu girovların azad edilməsi ilə bağlı razılaşma çərçivəsində azad edib

Dünya xəbərləri Materials 20 Yanvar 2025 06:55 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrail radikal HƏMAS hərəkatı ilə Qəzza zolağında saxlanılan girovların azad edilməsi və atəşkəsin tətbiqi ilə bağlı razılaşma çərçivəsində 90 fələstinli məhbusu azad edib.

Trend xəbər verir ki, bu barədə “Jerusalem Post” qəzeti məlumat yayıb. İsrail Həbsxanalar Xidmətinin məlumatına görə, fələstinli məhbuslar yanvarın 19-da azad edilən üç israilli girovun müqabilində azad edilib.

İsrailin baş naziri Benyamin Netanyahunun ofisi daha əvvəl girovların azad olunduğunu təsdiqləyib. Qəzza zolağında 470 gün saxlanılan qadınların adları Romi Qonen (24), Emili Damari (28) və Doron Şteinbreher (31) olub. Onlar İsrail hərbçiləri tərəfindən qarşılanıb və İsrail ərazisinə aparılıb.

Xəbər lenti

Xəbər lenti