Bakı. Trend:
Münaqişədən dolayı son aylar kəskin ərzaq və dərman qıtlığı ilə üzləşən Qəzzaya humanitar yardım daşıyan 900-ə yaxın yük maşını daxil olub.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsi məlumat yayıb.
“Qəzzaya 900-ə yaxın humanitar yardım dolusu yük maşını daxil olub”, - məlumatda qeyd olunub.
Qeyd edilir ki, iki həftə əvvəl BMT-nin qurumu Qəzza zolağına girişin sərt şəkildə məhdudlaşdırılması ilə əlaqədar, yerli əhalinin aclıqdan və kəskin qida çatışmazlığından əziyyət çəkdiyini bildirmişdi.