...

Slovakiyada hökuməti devirməyə çalışırlar - Baş nazir

Dünya xəbərləri Materials 22 Yanvar 2025 19:19 (UTC +04:00)
Slovakiyada hökuməti devirməyə çalışırlar - Baş nazir
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Slovakiyanın baş naziri Robert Fitso, ölkədə hakimiyyəti devirməyi planlaşdıran “beynəlxalq ekspertlər” qrupunun fəaliyyət göstərdiyini bildirib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bununla əlaqədar slovak lideri yanvarın 23-ə Təhlükəsizlik Şurasının fövqəladə iclasını təyin edib.

“Təsdiq edə bilərəm ki, ölkədə Gürcüstan hadisələrində, o cümlədən Ukraynadakı “maydan”da (hərəkatında) aktiv iştirak etmiş “beynəlxalq ekspertlər” qrupu fəaliyyət göstərir”, - deyə Fitso mətbuat konfransında vurğulayıb.

Onun sözlərinə görə, həmin qrup müxtəlif mənbələrdən maliyyələşir. Fitso qeyd edir ki, etiraz aksiyaları zamanı həmin fəallar hökumət binasına daxil olub onu zəbt etməyə çalışacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti