Bakı. Trend:
Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə ABŞ-ın yeni dövlət katibi Marko Rubio arasında telefon danışığı baş tutub.
Trend xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Hakan Fidan telefon danışığı zamanı Marko Rubioya yeni vəzifəsində uğurlar arzulayıb.
Tərəflər Türkiyə və ABŞ-ın iki müttəfiq kimi əməkdaşlığı qarşılıqlı hörmət və etibar əsasında davam etdirməkdəki qətiyyətlərini vurğulayıblar. Bundan əlavə, regional məsələlərdə koordinasiyanın vacibliyi müzakirə olunub.