Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp yaxın vaxtlarda rusiyalı həmkarı Vladimir Putinlə görüşmək istədiyini təkrarlayıb.
Trend-in məlumatına görə, bu barədə D.Tramp Davosda keçirilən Dünya İqtisadi Forumunda videokonfrans vasitəsilə çıxışı zamanı deyib.
"Çox vacib bir məqam var: mən çox istərdim ki, tezliklə prezident Putinlə görüşmək və Ukraynada müharibəyə son qoymaq imkanım olsun", - deyə o bildirib.
O qeyd edib ki, bu halda o, münaqişəni “iqtisadi səbəblərə görə” yox, “qan tökülməsini dayandırmaq” üçün həll etmək istəyir.