Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp ABŞ-nin 35-ci prezidenti Con Kennedinin öldürülməsi ilə bağlı məxfi materialların yayılmasına dair fərman imzalayıb.
Trend-in məlumatına görə, sənəddə həmçinin ABŞ-ın 35-ci prezidenti Robert Kennedinin qardaşı və Nobel Sülh Mükafatı laureatı Martin Lüter Kinqin qətli ilə bağlı əvvəllər əldə olunmayan materialların yayılması da nəzərdə tutulub.
"Bu böyük bir şeydir, elə deyilmi? Bir çox insanlar bunu çoxdan, illərdir, onilliklərdir gözləyirlər", - deyə D.Tramp fərmanı imzalayarkən bildirib.