Bakı. Trend:
ABŞ müdafiə nazirliyi hərbi əməliyyatlarla bağlı sosial şəbəkələrdə məlumatların yayılmasına qlobal xarakterli müəvvəqəti moratorium tətbiq edib.
Trend xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri yüksək vəzifəli hərbi mənbəsinə istinadən məlumat yayıb.
“Pentaqonun qəbul etdiyi bu moratorium hərbi qurumun sosial şəbəkə hesablarının ABŞ prezidenti Donald Trampın hərbi hazırlıq və hərbi əməliyyatların aparılması ilə bağlı prioritetlərinə uyğunluğunu təmin etmək məqsədi daşıyır”,- məlumatda vurğulanıb.
KİV yazır ki, Pentaqon səhifələrində sözügedən “informasiya fasiləsi” Robert Salesesin müdafiə naziri vəzifəsinə təyin olunması ilə bağlı qərar təsdiqlənənə qədər davam edəcək.
Trampın razılığı ilə verilən və Müdafiə Nazirliyinin sosial şəbəkələrinə aid olan əmrin bir neçə gün qüvvədə qalması gözlənilir.