Bakı. Trend:
Avropa İttifaqının (Aİ) Hərbi Komitəsinin rəhbəri, general Robert Briger, Danimarkanın muxtar ərazisi olan Qrenlandiyada Avropa qoşunlarının yerləşdirilməsinin tərəfdarı olduğunu bildirib.
Trend-in məlumatına görə, general bu fikirləri “Welt am Sonntag” qəzetinə müsahibəsində ifadə edib. O, Qrenlandiyanın güclü geosiyasi əhəmiyyətə malik olduğunu, zəngin xammal ehtiyatlarına sahib olduğunu və mühüm beynəlxalq ticarət nəqliyyat marşrutlarının bu ərazidən keçdiyini vurğulayıb.
Briger, eyni zamanda, iqlim dəyişikliyi nəticəsində buzların əriməsi ilə əlaqədar Rusiya və Çinlə olan gərginliklərin artacağına diqqət çəkib. O, Qrenlandiyanın strateji əhəmiyyətinin daha da artdığını qeyd edib və regionda sabitliyin təmin edilməsi üçün Avropa qoşunlarının orada yerləşməsinin vacibliyini bildirib.
General Briger, həmçinin ABŞ-ın keçmiş prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı açıqlamalarına da münasibət bildirib və Trampın BMT üzvü olan bir ölkənin prezidenti olduğunu nəzərə alaraq, onun beynəlxalq sərhədlərin toxunulmazlığına hörmətlə yanaşacağını bildirib.