...

Fransa Luvr muzeyində diferensial tarif təklifi ilə bağlı təklif irəli sürüb

Dünya xəbərləri Materials 26 Yanvar 2025 05:13 (UTC +04:00)
Fransa Luvr muzeyində diferensial tarif təklifi ilə bağlı təklif irəli sürüb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fransanın Mədəniyyət Nazirliyi Luvr muzeyində diferensial tarif tətbiq etməyi təklif edib. Nazirlik, muzeyi ziyarət edən qeyri-avropalılar üçün daha yüksək qiymətlər tətbiq edərək, muzeyin təmir və saxlanma xərclərini qarşılamağı planlaşdırır.

Trend xəbər verir ki, 2024-cü ildə muzeyi ziyarət edən 8,7 milyon nəfərin 80 faizi əcnəbi olub. Fransa mediasının məlumatına görə, muzey binasının və avadanlıqlarının köhnəlməsi problemləri ilə üzləşib. Su sızması və temperatur rejiminin qorunmasında çətinliklər eksponatların mühafizəsini təhlükə altına alır. Dövlət subsidiyalarının ilbəil azalması isə bərpa və innovasiya işlərinin ləngiməsinə səbəb olur.

Fransadan daha uzaqda yerləşən ölkələrdən gələnlər üçün daha böyük məbləğ təklif edilməsi, mədəniyyət işçiləri arasında narazılığa səbəb olub. Bir çoxu, bu yanaşmanı diskriminasiya kimi qiymətləndirir. Eyni zamanda, İKT mütəxəssisləri belə bir sistemin tətbiqinin çox çətin olacağına inanır.

Xəbər lenti

Xəbər lenti