...

Kamerun Prezidenti Pol Biya prezident seçkilərində yenidən namizəd olacaq

Dünya xəbərləri Materials 26 Yanvar 2025 06:47 (UTC +04:00)
Kamerun Prezidenti Pol Biya prezident seçkilərində yenidən namizəd olacaq
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Kamerun Prezidenti Pol Biya bu ilin oktyabrın 12-də keçiriləcək prezident seçkilərində səkkizinci dəfə namizədliyini irəli sürəcəyini açıqlayıb.

Trend xəbər verir ki, bu barədə "CameroonOnline" nəşri məlumat yayıb.

92 yaşını fevral ayında qeyd edəcək Biya, hazırda dünyanın ən yaşlı dövlət başçısıdır və 41 ildən artıqdır ki, bu vəzifəni icra edir. Onun sələfi Amadu Ahidjo 1960-1982-ci illərdə Kameruna rəhbərlik edib.

Kamerun Konstitusiyası prezidentin yaşına və müddət sayına məhdudiyyət qoymur. Bu da Biyanın uzun illər hakimiyyətdə qalmasına şərait yaradıb.

Oktyabr seçkiləri, ölkənin siyasi gələcəyi baxımından böyük maraq doğurur.

Xəbər lenti

Xəbər lenti