...

ABŞ-ın ÜST-dən çıxması ilə qurumun smetası yenidən nəzərdən keçirilir və xərclər azaldılır

Dünya xəbərləri Materials 26 Yanvar 2025 09:05 (UTC +04:00)
ABŞ-ın ÜST-dən çıxması ilə qurumun smetası yenidən nəzərdən keçirilir və xərclər azaldılır
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-ın Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxmasının ardından qurumun smetasına yenidən baxılıb və xərclərin azaldılması qərarı alınıb.

Trend xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.

Agentlik bildirib ki, maliyyə vəziyyətinə görə ÜST, səfərləri minimuma endirəcək və yeni əməkdaşların qəbulunu yalnız xüsusi zərurət hallarında həyata keçirəcək. ÜST-nin sözçüsü bu məlumatı təsdiq etsə də, ətraflı şərh verməkdən çəkinib.

BMT, ABŞ-ın 22 yanvar 2026-cı ildə ÜST-dən çıxacağını təsdiqləyib. 2024-2025-ci illər üzrə ÜST-nin büdcəsi 6,8 milyard dollar olub və bu büdcənin 18 faizi ABŞ-ın payına düşür.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp andiçmə günündə ölkəsinin ÜST-dən çıxacağını bəyan etmişdi. Trampın fikrincə, ÜST qlobal sanitar böhranları idarə etməkdə effektiv deyil.

Xəbər lenti

Xəbər lenti