...

Türkiyə Suriyaya yardım üzrə əlaqələndirmə mexanizmi yaradıb

Dünya xəbərləri Materials 27 Yanvar 2025 12:06 (UTC +04:00)
Türkiyə Suriyaya yardım üzrə əlaqələndirmə mexanizmi yaradıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend

Türkiyə hökuməti Suriyaya yardımın göstərilməsi üzrə əlaqələndirmə mexanizmi yaradıb.

Trend türk KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin XİN rəhbəri Hakan Fidan deyib.

Türkiyəli ali diplomat Avropa İttifaqının yaxın günlərdə rəsmi Dəməşqə qarşı tətbiq olunmuş sanksiyaları qaldıracağını ümid etdiyini bildirib.

“Biz ümid edirik ki, ABŞ-nin Suriyaya qarşı sanksiyaları qismən ləğv etməsinin ardından, Avropa İttifaqı da yaxın günlərdə bir sıra məhdudiyyətləri aradan qaldıracaq. Türkiyə Suriyaya nəqliyyat, energetika və səhiyyə kimi sahələrdə operativ yardımın göstərilməsi üçün əlaqələrndirmə mexanizmi yaradıb. Suriyalılar bizim qardaşlarımızdırlar və əlbəttə ki, Suriyada sabitliyin bərqarar olması və onun iqtisadi baxımdan inkişaf etməsi bizim üçün həyati əhəmiyyətlidir”, - nazir qeyd edib.

Fidan eyni zamand, Suriyada inklüziv hökumətin qurulması, ölkənin ərazi bütövlüyünün və suverenliyinin qorunmasının vacibliyini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti