Bakı. Trend:
Qazaxıstanın Almatı şəhər məhkəməsi 2022-ci ilin yanvar iğtişaşlarının təşkilinə görə 3 nəfərə hökm oxuyub.
Trend xəbər verir ki, ən çox həbs müddəti alan Arman Cumageldiyev cinayətkar strukturun təşkili ittihamı ilə 20 il müddətinə azadlıqdan məhrum edilib. Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsinin polkovniki Ruslan İskakov isə 15 il müddətinə azadlıqdan məhrum edilib.
Almatı yerli qanunerici məclisinin deputatı Kayrat Kudaybergenə isə 8 il həbs cəzası kəsilib.
Qeyd edək ki, 2024-cü ildə Qazaxıstan prokurorluğun verdiyi açıqlamaya görə, 2022-ci ilin iğtişaşları ilə əlaqədar açılmış cinayət işi üzrə təqsirləndirilən şəxs kimi ümumilikdə 1 396 nəfərin adı hallanır.
Xatırladaq ki, 2022-ci ildə Qazaxıstanın bir sıra şəhərlərində o cümlədən Almatı və Aktauda maye qazın ikiqat bahalaşmasına qarşı kütləvi etiraz aksiyaları və iğtişaşlar baş vermişdi.