...

Avropa İttifaqı gürcüstanlı diplomatlar üçün vizasız rejimi ləğv edib

Dünya xəbərləri Materials 27 Yanvar 2025 18:47 (UTC +04:00)
Avropa İttifaqı gürcüstanlı diplomatlar üçün vizasız rejimi ləğv edib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqının 27 üzv-dövlətinin xarici işlər nazirləri Gürcüstanın diplomatik pasport daşıyıcısı olan vətəndaşları üçün vizasız rejimin dayandırılması haqda qərarı təsdiqləyib.

Trend xəbər verir ki, bu haqda Avropa İttifaqı Şurasının mətbuat xidməti məlumat yayıb.

“Bu gün Şura Avropa İttifaqı ilə Gürcüstan arasında viza rejiminin sadələşdirilməsi haqda sazişin bir hissəsinin qüvvəsini dayandırmaqla bağlı qərar qəbul edib. Bu qərarın nəticəsində gürcüstanlı diplomatlar və vəzifəli şəxslər Avropa İttifaqı ölkələrinə səfərlər edən zaman viza üçün ərizə ilə müraciət etməli olacaqlar”, - məlumatda qeyd olunub.

Sənəddə həmçinin qeyd olunur ki, gürcüstanlı diplomatlar və vəzifəli şəxslər daha qısa müddətli ərizə müraciəti, aşağı viza haqqları və viza üçün daha az sənəd təqdim etmək kimi imkanlardan məhrum olacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti