Bakı. Trend:
Britaniya hökuməti Kral Hərbi Dəniz Donanmasının döyüş sistemlərinin müasirləşdirilməsi üçün “BAE Systems” müdafiə sənayesi şirkəti ilə 355,57 milyon dollar məbləğində müqavilə bağlayıb.
Trend xəbər verir ki, bu barədə rus KİV-ləri məlumat yayıb.
Məlumata görə, bu müqavilənin bağlanmasında əsas məqsəd hərbi gəmilərin döyüş sistemlərini möhkəmləndirmək, onların döyüş şəraitində meydana gələn təhdidləri izləmək, təhlil etmək və reaksiya göstərmək qabiliyyətini qaldırmaqdır.
Qeyd edilir ki, bir müddət öncə Böyük Britaniya müdafiə nazirliyinin sualtı qayıqlar üçün nüvə reaktorlarının hazırlanması və istehsalı üçün “Rolls Royce” şirkəti ilə 11 milyard dollar məbləğində müqavilə bağladığı barədə məlumat yayılmışdı.