...

Türkiyədə qurulan Misir şirkətlərinin sayı azalıb

Dünya xəbərləri Materials 28 Yanvar 2025 10:37 (UTC +04:00)
Türkiyədə qurulan Misir şirkətlərinin sayı azalıb

Bakı. Trend:

2024-cü ilin yanvar-dekabr ayında Türkiyədə Misir kapitalı ilə 94 şirkət qeydiyyata alınıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 74 şirkət azdır.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Misir şirkətlərinin məcmu kapitalı 136 milyon 915 min türk lirəsi olduğu halda, 2023-cü ilin eyni dövründə bu rəqəm 124 milyon 745 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.

Qurumdan o da qeyd olunub ki, 2024-cü ilin yanvar-dekabr ayında Misir şirkətlərinin əksəriyyəti İstanbulda (88) qeydiyyata alınıb.

“İstanbulda qeydiyyatdan keçən Misir şirkətlərinin ümumi kapitalı 124 milyon 215 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan qeyd edilib.

Məlumata əsasən, 2024-cü ilin yanvar-dekabr ayında Türkiyədə Misir kapitalı ilə 55 ticarət şirkəti qeydiyyata alınıb. Qalan şirkətlər iqtisadiyyatın digər sahələrini əhatə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti