...

Vuçiç Serbiyada növbədənkənar parlament seçkilərinə hazır olduğunu bildirib

Siyasət Materials 29 Yanvar 2025 01:52 (UTC +04:00)
Vuçiç Serbiyada növbədənkənar parlament seçkilərinə hazır olduğunu bildirib

Bakı. Trend:

Serbiya prezidenti Aleksandr Vuçiç bildirib ki, yaxın vaxtlarda baş nazirin istefasından sonra yeni hökumətin formalaşdırılması və ya növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı qərar veriləcək.

Trend-in məlumatına görə, bu barədə dövlət başçısı mətbuat konfransı zamanı deyib.

A.Vuçiç hər hansı ssenariyə hazır olduğunu bildirib.

"Miloş [Vuçeviç] istefa verib və indi prosedur belədir: birincisi, onun istefası parlamentdə qeydə alınmalıdır. Baş nazir Vuçeviçin istefası rəsmən təsdiqləndikdən sonra 30 günlük müddət başlayacaq. Bu müddət ərzində bütün prosedurlara riayət olunmaqla yeni hökumət formalaşmalıdır. Hökumət 30 gün ərzində seçilməsə, avtomatik olaraq seçkilər təyin olunur", - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti