Bakı.Trend:
Avropa İttifaqının Xarici Siyasət üzrə Ali Nümayəndəsi Kaya Kallas və ABŞ dövlət katibi Mark Rubio Ukraynada sülh bərqərar olana qədər Rusiyaya maksimum təzyiqin davam etdirilməsinin vacibliyinə dair razılığa gəliblər.
Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, iki rəsmi arasında getmiş telefon danışığının məzmunundan xəbəri olan mənbə, ABŞ və Avropa ali diplomatiya rəhbərlərinin eyni zamanda ümum xarici siyasət prioritetlərini, o cümlədən Çinlə bağlı ortaya çıxan problemləri müzakirə etdiklərini bildirib.
Qeyd edilir ki, bundan əvvəl Rubio Fransanın xarici işlər naziri Jan-Noel Barro ilə telefonda danışaraq iki ölkə arasında tərəfdaşlığın gücləndirilməsi yollarını və Qərbin müdafiə xərclərinin artırılması məsələsini müzakirə etmişdi.