...

Bu ölkə Ukraynaya 12-ci hərbi yardım paketinin ayrılacağını elan edib

Dünya xəbərləri Materials 29 Yanvar 2025 19:49 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Zaqreb Ukraynaya sayca 12-ci hərbi yardım paketinin ayrılmasını barədə qərarı yaxın günlərdə təsdiqləyəcək.

Trend ölkənin yerli KİV-lərinə istinadən xəbər verir ki, bunu Xorvatiyanın baş naziri Andrey Plenkoviç ukraynalı həmkarı Denis Şmıqalla keçirdiyi görüşdən sonra açıqlamasında bildirib.

“Sabah hökumət iclasında Ukraynaya növbəti hərbi yardım paketi üzrə qərar qəbul olunacaq, bu artıq bizim 12-ci paketimiz olacaq”,- deyə Xorvatiyanın nazirlər kabinetinin rəhbəri qeyd edib.

Plenkoviç əmin edib ki, Kiyev xorvatiyalı əsgərlərin Ukraynaya səfərbər olunmasına nail olmaq məqsədi güdmür, sadəcə iqtisadi və hərbi dəstəyə ehtiyacı var.

Xatırladaq ki, Plenkoviç 2024-cü ilin sentyabr ayında Kiyevə səfəri zamanı Xorvatiyanın Ukraynaya ayırdığı yardımın ümumi məbləğinin 300 milyon avroya çatdığını bəyan etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti