Bakı. Trend:
İspaniyanın cənub-şərqindəki Mursiya muxtar icmasında fabrikdə baş verən partlayış nəticəsində azı 6 nəfər xəsarət alıb.
Trend xəbər verir ki, regional fövqəladə hallar xidməti hadisə barədə məlumat yayıb.
Xidmətin sözlərinə görə, "zavodda bir hadisə qeydə alınıb, görünür, çən partlayıb, nəticədə meşə sahəsinə təsir edən yanğın və altı nəfərin müxtəlif dərəcəli xəsarət alması ilə nəticələnib". Hadisənin səbəbləri açıqlanmır.
İnsident Almaniyanın Rheinmetall müdafiə konserninin zavodunda baş verib.