Bakı. Trend:
İtaliya hakimiyyəti Çinin "DeepSeek" çat-botunu bloklayıb.
Trend xəbər verir ki, bu barədə ANSA İtaliyanın Məlumatların Mühafizəsi Təşkilatına istinadən məlumat yayıb.
Agentlik, İtaliya istifadəçilərinin məlumatlarının DeepSeek çat-botunda işlənməsinə dərhal məhdudiyyət qoyulmasını əmr edib.
Məlumatda qeyd edilir ki, bu məhdudiyyət, italyan istifadəçilərinin məlumatlarını qorumaq məqsədilə qəbul edilib.
Əvvəlcə ANSA, İtaliyanın məlumatların mühafizəsi orqanı olan Garantenin rəhbəri Pasqual Stanzione-yə istinadən yazıb ki, bu çat-bot İtaliyada Apple və Google proqram mağazalarında mövcud deyil.