Bakı. Trend:
Birləşmiş Millətlər Təşkilatı (BMT) Vaşinqtonda Potomak çayı üzərində sərnişin təyyarəsi ilə hərbi helikopterin toqquşması nəticəsində həlak olanların yaxınlarına başsağlığı verib.
Trend xəbər verir ki, BMT baş katibinin mətbuat katibi Stefan Düjarrik brifinq zamanı faciəvi hadisə ilə bağlı dərin kədərini ifadə edib: “Bu qəza nəticəsində onlarla insanın həlak olması bizi dərindən kədərləndirdi”, - o bildirib.
Düjarrik əlavə edib ki, qəzaya düşən hava gəmisində yalnız Amerika vətəndaşları deyil, digər ölkələrin, o cümlədən Rusiya vətəndaşlarının da olduğu barədə məlumatlar var.